Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

İqtisadiyyat

Bakı. Trend:

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”,
“Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta
qiymətlərində azalma qeydə alınıb.

Trend xəbər
verir ki, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağında hasil edilən “Azeri Light CIF” markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə
müqayisədə 2,88 ABŞ dolları və ya 3,95% azalaraq 69,94 dollar/barel
təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 71,23
dollar/barel, minimum isə 69,19 dollar/barel olub.




Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında “Azeri Light” markalı xam neftin orta qiyməti 68,65 dollar/barel
təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,9 ABŞ
dolları və ya 4,05% azdır. Sözügedən dövr ərzində bu markalı xam
neftin maksimal qiyməti 69,88 dollar/barel, minimum isə 68,09
dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə
müqayisədə 0,61 ABŞ dolları və ya 1,05% azalaraq 57,47 dollar/barel
təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 58,39
dollar/barel, minimum isə 56,83 dollar/barel olub.

Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti
əvvəlki həftə ilə müqayisədə 0,85 dollar və ya 1,2% ucuzlaşaraq,
70,08 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated
Brent” neftinin maksimal qiyməti 70,8 dollar/barel, minimum isə
69,56 dollar/barel təşkil edib.

Neftin növü / tarix

21.07.2025

22.07.2025

23.07.2025

24.07.2025

25.07.2025

Orta qiymət

Azeri LT CIF

$71,23

69,39

$69,19

$70,41

$69,48

$69,94

Azeri Light FOB Ceyhan

$69,88

68,09

$67,90

$69,16

$68,23

$68,65

Urals (EX NOVO)

$57,57

56,83

$56,94

$58,39

$57,61

$57,47

Dated Brent

$70,53

69,79

$69,70

$70,80

$69,56

$70,08