Kərə yağı və süddən hazırlanmış digər yağların idxalına çəkilən xərc 33%-dən çox artıb

İqtisadiyyat

Bakı. Trend:

Cari ilin yanavr-iyun aylarında Azərbaycana 13,5 min ton kərə
yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun
idxalına çəkilən xərc 94,6 milyon ABŞ dolları olub.

kərə yağı və süddən hazırlanmış digər yağların idxalı ötən ilin
eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 45 ton və ya 0,3%,
dəyər ifadəsi ilə 23,6 milyon ABŞ dolları, yaxud da 33,2%
artıb.




Belə ki, ötən ilin birinci yarısında Azərbaycana 13,5 min ton
miqdarında, 71 milyon ABŞ dolları dəyərində kərə yağı və süddən
hazırlanmış digər yağlar idxal edilmişdi.

Qeyd edək ki, bu məhsulların idxalı cari ilin birinci yarısının
ümumi idxalının 0,82%-ini təşkil edib.