
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Leah Gutierrezi Mərkəzi və Qərbi Asiya
Regional Departamentinin Baş direktoru təyin edib.
Trend xəbər
verir ki, o, AİB-in Əfqanıstan, Ermənistan, Azərbaycan, Gürcüstan,
Qazaxıstan, Qırğız Respublikası, Pakistan, Tacikistan, Türkiyə,
Türkmənistan və Özbəkistan da daxil olmaqla 11 ölkə ilə
əməkdaşlığına rəhbərlik edəcək.
Gutierrez 25 ili AİB-də olmaqla ümumilikdə 40 ildən çox peşəkar
təcrübəyə malikdir. O, bu təyinata qədər AİB-in maliyyə, insan
kapitalı və sosial inkişaf, dövlət idarəetməsi və idarəçilik
sahələrini əhatə edən Sektorlar üzrə 3-cü Departamentin Baş
direktoru, həmçinin AİB-in Sakit Okean Regional Departamentinin
keçmiş Baş direktoru olub. Xanım Gutierrez AİB-in Strategiya,
Siyasət və Tərəfdaşlıqlar Departamenti, Cənub-Şərqi Asiya Regional
Departamenti və Katiblik Ofisində də yüksək vəzifələrdə
çalışıb.