
Bakı. Trend:
Cari ilin iyun ayının sonuna Azərbaycanda kiçik sahibkarlıq
subyektlərinə verilən kreditlərin həcmi 1,503 milyard manat təşkil
edib.
Trend-in
Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, ötən
ilin eyni dövrü ilə müqayisədə 54,6 milyon manat və ya 3,8%
çoxdur.
Belə ki, ötən ilin iyun ayının sonunda Azərbaycanda kiçik
sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,449 milyard
manat idi.
Qeyd edək ki, bu ilin iyun sonuna Azərbaycan banklarının biznes
kredit portfelinin həcmi 15,144 milyard manat təşkil edib.
Xatırladaq ki, cari ilin iyul ayının 1-nə olan məlumata görə,
Azərbaycanda 12 min 200 kiçik sahibkarlıq subyekti fəaliyyət
göstərir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 6%-ini
kiçik sahibkarlıq subyektləri təşkil edir. Onların əsas hissəsi
“Ticarət; nəqliyyat vasitələrinin təmiri” (36%), “Tikinti” (10,9%),
“Emal sənayesi” (9,8%) və “Peşə, elmi və texniki fəaliyyət” (8,0%)
sahələrində yaradılıb.