Ötən ay iri sahibkarlığa 20 milyon manatdan çox kredit verilib

İqtisadiyyat

Bakı. Trend:

Cari ilin iyun ayının sonuna Azərbaycanda iri sahibkarlıq
subyektlərinə verilən kreditlərin həcmi 8,508 milyard manat təşkil
edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, may
ayının sonu ilə müqayisədə 21,4 milyon manat və ya 0,25%
çoxdur.

Belə ki, cari ilin may ayının sonunda Azərbaycanda iri
sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,486 milyard
manat idi.




Qeyd edək ki, bu ilin iyun sonuna Azərbaycan banklarının biznes
kredit portfelinin həcmi 15,144 milyard manat təşkil edib.

Xatırladaq ki, cari ilin iyul ayının 1-nə olan məlumata görə,
Azərbaycanda 966 iri sahibkarlıq subyekti fəaliyyət göstərir. Ölkə
üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,5%-ini iri
sahibkarlıq subyektləri təşkil edir. Onların əsas hissəsi “Ticarət;
nəqliyyat vasitələrinin təmiri” (22,8%), “Emal sənayesi” (13,3%),
“Tikinti” (11,6%) və “Nəqliyyat və anbar təsərrüfatı” (6,3%)
sahələrində yaradılıb.