
Bakı. Trend:
Bu ilin iyun ayının sonuna Azərbaycanda rezident maliyyə
institutlarının (həmçinin, statistik vahidin ödəniş kartları)
emissiya etdiyi “UnionPay” kartları vasitəsilə əməliyyatların sayı
0,2 min ədəd, əməliyyatların həcmi isə 0,04 milyon manat olub.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bir ay əvvəlki göstərici ilə müqayisədə
“UnionPay” kartları ilə əməliyyatların sayı eyni səviyyədə qalıb,
əməliyyatların həcmi isə 0,01 milyon manat, yaxud da 33,3%
artıb.
Bundan başqa, hesabat dövründə qeyri-rezident maliyyə
institutlarının emissiya etdiyi “UnionPay” kartları vasitəsilə
əməliyyatların sayı 2,2 min ədəd, əməliyyatların həcmi isə 0,4
milyon manat olub.
Bir ay əvvəlki göstərici ilə müqayisədə qeyri-rezident maliyyə
institutlarının emissiya etdiyi “UnionPay” kartları vasitəsilə
əməliyyatların sayı və həcmi dəyişməz qalıb.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi
ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə,
ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli
banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata
keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs
olunur.
Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş
kartları vasitəsilə əməliyyatların həcmi və say isə xarici
ölkələrdə fəaliyyət göstərən bank və maliyyə institutları
tərəfindən xaricdə yaşayan şəxslərə verilmiş ödəniş kartları ilə
Azərbaycanda aparılan əməliyyatların miqdarını (sayı) və ümumi
məbləğini (həcmini) göstərir.