
Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM)
vasitəsilə 74 milyon ədəd həcmdə 3,5 milyard manat emal olunmuş
ödəniş əməliyyatları aparılıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə
edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm
ifadəsində 26,3 milyon ədəd və ya 55%, məbləğ baxımından isə 1,2
milyard manat və ya 53,4% çoxdur.
Bundan başqa, 2025-ci ilin iyulun 1-nə Azərbaycanda Banklararası
Kart Mərkəzi (BKM) vasitəsilə 27,8 min ədəd həcmdə 6,8 milyon ABŞ
dolları məbləğində emal olunmuş ödəniş əməliyyatları aparılıb. Bu
isə ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 6,4 min
ədəd və ya 29,9%, məbləğ baxımından isə 1,8 milyon ABŞ dolları və
ya 36% artım deməkdir.
Eyni zamanda cari ilin iyulun 1-nə ölkədə BKM vasitəsilə 16,6
min ədəd həcmdə 2,1 milyon avro məbləğində emal olunmuş ödəniş
əməliyyatları həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə
bu göstərici həcm baxımından 16 min ədəd və ya təqribən 2 dəfə
azalıb, məbləğ ifadəsində isə dəyişməz qalıb.

