A-Qroup sığortalısının müalicəsi üçün 49 000 AZN-dən çox pul ödəyib

İqtisadiyyat

Bakı. Trend:

2024-cü ilin sonundan etibarən A-Qroup sığorta şirkəti
metastazlı sidik kisəsi xərçəng xəstəsi olan sığortalı müştərinin
həyatı üçün mübarizə aparır. Müalicə müddətində A-Qroup artıq həm
ölkə daxilində, həm də xaricdə – Türkiyədə 49.000 AZN-dən çox
ödəniş edib. Müalicə davam etdikcə sığorta şirkəti ödənişləri
mərhələli şəkildə həyata keçirir. Sığortalıya maliyyə dəstəyinin
göstərilməsi A-Qroup Sığorta Şirkətinin prioritetidir.

Qarşıda hələ aylarla müalicə var. Hamımız inanırıq və ümid
edirik ki, hər şey yaxşı bitəcək!




Xatırlatmaq istərdik ki, A-Qroup sığorta şirkəti 30 ildir ki,
müştərilərinin qayğısına qalan və onlara beynəlxalq standartlara
cavab verən xidmət göstərən şirkətdir.