
Bakı.Trend:
ADY bu ilin 6 ayında Çindən 199 blok-qatar qəbul edib. Bu, ötən
ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir.
Trend xəbər
verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat
yayıb.
Bu ilin birinci yarısında ümumilikdə blok-qatarlarla 20 min TEU
yük daşınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə
çoxdur.

