
Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 207,5 min ton
metanol (metil spirti) ixrac edilib.
Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun
ixracından əldə olunan gəlir 53,3 milyon ABŞ dolları olub.
Metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar
ifadəsi ilə 23,7 min ton və ya 10,2% az, dəyər ifadəsi ilə 7,5
milyon ABŞ dolları, yaxud da 16,4% çoxdur.
Belə ki, 2024-cü ilin ilk yarısında Azərbaycandan 231,2 min ton
miqdarında, 45,8 milyon ABŞ dolları dəyərində metanol ixrac
edilmişdi.
Cari ilin hesabat dövründə ixrac edilmiş metanol ümumi ixracın
0,41%-ni, qeyri-neft sektoru üzrə ixracın 3,04%-ni təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan
xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən
2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,
11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo
yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3
dəfə azdır.