Azərbaycan Türkmənistanla qarşılıqlı investisiyaların təşviqi imkanlarını nəzərdən keçirib (FOTO)

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycanla Türkmənistan arasında qarşılıqlı investisiyaların
təşviqi imkanları nəzərdən keçirilib.

Trend xəbər
verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial
şəbəkə hesabında paylaşım edib.

“Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığının güclənməsi
iqtisadi münasibətlərimizin intensiv inkişafı üçün geniş potensial
yaradır.




Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı
Ataqulıyevlə Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və
humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası
Komissiyanın 8-ci iclasına həmsədrlik etdik.

Birgə fəaliyyətin uğurlu nəticələrini məmnunluqla vurğulayaraq,
biznes, ticarət, enerji, nəqliyyat, sənaye və kənd təsərrüfatı
sahələrində əməkdaşlığın və qarşılıqlı investisiyaların təşviqi
imkanlarını nəzərdən keçirdik”, – deyə paylaşımda qeyd edilib.

Spread the love