
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Banklar
Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan
bankların rəhbər şəxsləri ilə görüş keçirlib.
Trend xəbər
verir ki, bu barədə AMB sədri Taleh Kazımov “X” sosial şəbəkə
hesabında paylaşım edib.
Qeyd edilib ki, görüş zamanı cari ilin birinci yarısında bank
sektorunun fəaliyyət göstəriciləri və inkişaf meyilləri geniş
şəkildə müzakirə olunub.
Həmçinin bank rəhbərləri ilə qarşıdakı dövr üçün strateji
prioritetlər və sektorun gündəmində olan digər mühüm məsələlər üzrə
fikir mübadiləsi aparılıb.

