Azərbaycan 5 ayda 316 milyon dollarlıq neft alıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 316,5 milyon ABŞ
dolları dəyərində 644,8 min ton bitumlu süxurlardan alınmış xam
neft və xam neft məhsulları idxal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən
məhsulların Azərbaycana idxalında dəyər ifadəsində 99,2 milyon ABŞ
dolları və ya 1,3 dəfə, həcm baxımından isə 97,5 min ton və ya 1,1
dəfə azalıb.

Dövr ərzində Azərbaycana xam neft məhsulları Qazaxıstandan və
Rusiyadan idxal edilib. Belə ki, cari ilin ilk 5 ayında
Qazaxıstandan 22,6 milyon ABŞ dolları dəyərində 41,8 min ton,
Rusiyadan isə 293,8 milyon ABŞ dolları dəyərində 602,9 min ton
bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları
alınıb.




Hesabat dövründə Azərbaycandan əks istiqamətlərə isə sözügedən
neft məhsullarının ixracı qeydə alınmayıb.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18
ölkəyə 6,4 milyard ABŞ dolları dəyərində 12 milyon ton bitumlu
süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac
edilib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 602,8 milyon ABŞ dolları və ya 8,6% az, həcm ifadəsində
isə 947,5 min ton və ya 8,5% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir