
Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycan banklarının tikinti sahəsinə
verilmiş biznes kredit portfeli 1,543 milyard manat təşkil
edib.
Trend bu
barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 57 milyon
manat (3,8%), ötən ilin eyni dövrü ilə nisbətdə isə 156 milyon
manat (11,2%) artıb.
Belə ki, tikinti sahəsi üzrə banklar tərəfindən verilmişbiznes
kreditlərin məbləği 2025-ci ilin iyunun 1-nə 1,486 milyard manat,
ötən ilin iyulun 1-nə isə 1,387 milyard manat təşkil edib.
Qeyd edək ki, cari ilin iyul ayının 1-nə Azərbaycanda bankların
kredit portfelinin həcmi 28,472 milyard manata bərabər olub. Kredit
portfelinin 15,144 milyard manatı biznes kreditləri, 8,898 milyard
manatı istehlak kreditləri, 4,430 milyard manatı isə ipoteka
kreditləri təşkil edib.