
Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycan banklarının sənaye sahəsinə
verilmiş biznes kredit portfeli 2,688 milyard manat təşkil
edib.
Trend bu
barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 19,9 milyon
manat (0,7%) artıb, ötən ilin eyni dövrü ilə nisbətdə isə 46 milyon
manat (1,7%) azalıb.
Belə ki, sənaye sahəsi üzrə banklar tərəfindən verilmiş biznes
kreditlərin məbləği 2025-ci ilin iyunun 1-nə 2,668 miyard manat,
ötən ilin iyulun 1-nə isə 2,734 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, cari ilin iyul ayının 1-nə Azərbaycanda bankların
kredit portfelinin həcmi 28,472 milyard manata bərabər olub. Kredit
portfelinin 15,144 milyard manatı biznes kreditləri, 8,898 milyard
manatı istehlak kreditləri, 4,430 milyard manatı isə ipoteka
kreditləri təşkil edib.