Azərbaycanın pambıq ipliyinin ixracından gəlirləri 16%-dən çox artıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac edilmiş pambıq
ipliyinin miqdarı 5 min 418 ton olub.

Trend-in
Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu
miqdarda məhsul ixracından əldə olunan gəlirin həcmi 12,9 milyon
ABŞ dolları olub.

Pambıq ipliyi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə, miqdar
ifadəsi ilə 1 123 ton və ya 26,1%, dəyər ifadəsi ilə 1,8 milyon ABŞ
dolları, yaxud da 16,2% artıb.

Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac
edilən pambıq ipliyinin miqdarı 4 min 295 ton, dəyəri isə 11,1
milyon ABŞ dolları təşkil edib.




Qeyd edək ki, hesabat dövründə ixrac edilən pambıq ipliyinin
ümumi ixracda payı 0,1%, qeyri-neft sektoru üzrə ixracda payı isə
0,74% olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan
xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən
2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,
11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo
yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3
dəfə azdır.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir