Hesablama Palatası I yarımildə aşkarlanan maliyyə pozuntusunun həcmini açıqlayıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin birinci yarısında Hesablama Palatası tərəfindən həyata
keçirdiyi kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə
uyğunluq predmetləri üzrə cəmi 65 milyon manatlıq maliyyə pozuntusu
aşkarlanıb.

Trend bu
barədə Palataya istinadən xəbər verir.

Məlumat tərtib edildiyi dövrədək başa çatdırılmış KDMN
tədbirləri ilə uyğunluq predmetləri üzrə büdcəyə zərərin 17,8
milyon manat olduğu hesablanıb.

Qeyd edilib ki, nəticələri rəsmiləşdirilmiş auditlər üzrə
maliyyə hesabatlılığında 105,1 milyon manatlıq təhriflərə yol
verildiyi aşkarlanıb ki, bunların 12,6 milyon manatı əhəmiyyətli
təhriflərdən ibarət olub.




“Nəzarət tədbirlərinin nəticələri ilə bağlı zəruri addımların
atılması məqsədilə 7 halda nəzarət obyektlərinə auditor hesabatı və
kollegiya qərarları göndərilib. 2025-ci ilin İş Planına əsasən başa
çatdırılmış nəzarət tədbirlərinin nəticələri Azərbaycan
Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının
Ali Məclisinə təqdim olunub.

Bir tədbir üzrə Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinə, üç tədbir üzrə aşkar edilmiş aidiyyəti nöqsanlarla
əlaqədar səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi
məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə məlumat
göndərilib.

Hesabat dövründə də əvvəlki illərdə başa çatdırılmış nəzarət
tədbirlərinin nəticələri üzrə qurumlar tərəfindən atılmış
addımların icrasının izlənilməsi (follow-up) diqqətdə saxlanılıb,
əvvəlki illərin nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpa
təklifi ilə bağlı qalan vəsaitdən 0,9 milyon manatın hesabat tərtib
olunduğu günədək pul və əvəzləşdirmə formasında bərpası təmin
edilib. Əvvəlki ildə auditlər nəticəsində aşkarlanmış əhəmiyyətli
təhriflərin 300 milyon manatdan çoxu üzrə müvafiq düzəlişlər
edilib”, – deyə məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir