Dövlət əmlakının icarəsindən büdcəyə 21,8 milyon manat vəsait daxil olub

İqtisadiyyat

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin
yanvar-iyun ayları ərzində dövlət əmlakının icarəsindən dövlət
büdcəsinə 21,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin birinci yarımilliyi ərzində
qeyri-yaşayış sahəsinə dair 312 yeni icarə müqaviləsi bağlanılıb.
Qeyd olunub ki, bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən
dövlət büdcəsinə 3,8 milyon manat vəsaitin ödənilməsi təmin
olunub.




Eyni zamanda, bildirilib ki, cari ilin yanvar-iyun aylarında
1.900 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb.
Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 18
milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə, vurğulanıb ki, qeyri-yaşayış və torpaq sahələrinin
icarəyə verilməsi ilə bağlı 2025-ci ilin birinci yarımilliyi
ərzində 2.212 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni
dövrü ilə müqayisədə bağlanan icarə müqavilələrinin sayı 21,1%
artıb.

“Cari ilin yanvar-iyun ayları ərzində daşınmaz dövlət əmlakının
icarəsindən dövlət büdcəsinə 21,8 milyon manat məbləğində vəsaitin
ödənilməsi təmin olunub. 2024-ci ilin eyni dövrü ilə müqayisədə
22,3% artım qeydə alınıb”, – deyə məlumatda qeyd edilib.