
Bakı. Trend:
Müştərilərinə daha sürətli və rahat xidmət təqdim etmək
məqsədilə Yelo Bank daha bir rəqəmsal filialını istifadəyə verib.
Sarayevo küçəsi, 33b (Əhmədli m/s-ın yaxınlığı) ünvanında yerləşən
yeni filial, parlaq interyeri və müasir bankçılıq həlləri ilə
müştərilərin xidmətindədir.
Bankın bir çox xidmət mərkəzi kimi Əhmədli filialı da rəqəmsal
konseptlidir. Ənənəvi bank filiallarından əsas üstünlüyü
müştərilərə zaman qazandırması və yüksək rahatlıq təmin etməsidir.
Burada müştərilər kart alışı, kreditin təsdiqlənməsi, əmanət hesabı
açılması kimi əsas bank əməliyyatlarını tamamilə onlayn və çevik
həyata keçirə bilərlər.
Bank-ın İdarə Heyətinin sədr müavini Günay Cəlilova yeni filial
barədə öz fikirlərini səsləndirib: “Yelo Bank olaraq əsas hədəfimiz
bank xidmətlərini hər kəs üçün daha əlçatan və rahat etməkdir.
Rəqəmsal filial konseptimiz də bizə daha sürətli, ağıllı və
inklüziv maliyyə xidmətləri təqdim etməyə imkan verir.
Əsas məhsullarımızı rəqəmsallaşdırmaqla bərabər, filialdakı
xidmətləri də optimallaşdıraraq, daha sürətli və minimum kağız
istifadə edilən formaya gətiririk. Hər iki istiqamət bir-biri ilə
sıx bağlıdır və müştəri məmnuniyyətinin artırılmasında mühüm rol
oynayır. Kredit, kart və əmanət hesabı açmaq kimi əsas xidmətlər
tamamilə onlayn – “end-to-end” şəkildə təqdim olunur. Digər
rəqəmsal filiallarımız kimi Əhmədli filialı da əhalinin gündəlik
ehtiyaclarına uyğun fəaliyyət göstərməklə bərabər, rəqəmsal
vərdişlərin inkişafına töhfə verəcək”.
Bununla yanaşı, Yelo Bank artıq ölkənin bir neçə regionunda eyni
konseptli müasir xidmət məntəqələrini istifadəyə verib. Ağcabədi,
Xaçmaz, Qəbələ, Masallı, Tovuz və Şamaxı kimi regionlarda da
müştərilərin rəqəmsal bankçılıq xidmətlərindən faydalanması
mümkündür. Hazırda Yelo Bank paytaxt və regionlarda 22 xidmət
məntəqəsi ilə fəaliyyət göstərir.
Bank xidmətləri, o cümlədən mikro
kredit haqda əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!