
Bakı. Trend:
Ölkəmizdə idmanın inkişafına ardıcıl kömək göstərən ABB bu
istiqamətdə daha bir addım atıb. Korporativ sosial məsuliyyət
siyasəti çərçivəsində Bank “Qarabağ” Futbol Klubunun rəsmi
tərəfdaşı olub. ABB Klubun fəaliyyətini dəstəkləyəcək, onun daha
böyük uğurlar qazanmasına töhfə verəcək.
Tərəfdaşlıq razılaşması ölkəmizdə uşaq futbolunun inkişafına
qarşılıqlı köməyi, o cümlədən uşaqlar üçün futbol məktəbinin
yaradılması kimi birgə layihələri də əhatə edir. Klubla tərəfdaşlıq
ABB brendinin, Bankın məhsul və xidmətlərinin daha da tanınmasına
müsbət təsir göstərəcək.
“Qarabağ” Futbol Klubu ötən əsrin 50-ci illərindən
fəaliyyətdədir. Bu illər ərzində Klub Azərbaycana parlaq qələbələr
qazandıraraq futbol tariximizdə bir çox ilklərə imza atıb.
Qeyd edək ki, ABB “Qarabağ” Futbol Klubundan başqa, Azərbaycan
Boks Federasiyasının, Azərbaycan Voleybol Federasiyasının,
Azərbaycan Basketbol Federasiyasının da rəsmi tərəfdaşıdır.
ABB-nin öz korporativ sosial məsuliyyət siyasətində idmana
xüsusi yer verməsində əsas məqsəd ölkəmizdə idmanın populyarlaşması
və kütləviləşməsidir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.