İndiyədək sənaye zonalarında 17,2 milyard manatlıq məhsul satışı həyata keçirilib – İZİA rəsmisi

İqtisadiyyat

Bakı. Trend:

2015-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla sənaye
zonalarında 17,2 milyard manatlıq məhsul satışı həyata keçirilib,
bunun da 5,53 milyard manatlıq hissəsi ixrac edilib.

Bu sözləri Trend-ə İqtisadiyyat Nazirliyi yanında İqtisadi
Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov
müsahibəsində bildirib.




O bildirib ki, təkcə 2025-ci ilin I yarısı ərzində isə sənaye
zonalarında 1,83 milyard manatlıq satış həyata keçirilib, bunun da
təxminən 583,5 milyon manatlıq hissəsi ixracın payına düşür: “Ötən
ilin analoji dövü ilə müqayisədə satış 28,7%, ixrac isə 22,4%
artıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard
manatdan çox investisiya yatırılıb və 10 900-dən artıq daimi iş
yeri yaradılıb”.

“Bütün deyilənlərdən bir daha aydın olur ki, sənaye zonaları
iqtisadiyyatın şaxələndirilməsi baxımından əlverişli platformadır.
Sənaye zonalarının yaradılması məsələsi dövlət başçısının
səlahiyyətində olan məsələdir. Yaxın vaxtlarda Gəncə ətrafı bölgədə
yeni bir sənaye parkının yaradılması nəzərdə tutulur”, – E. Kazımov
qeyd edib.