Yaxın vaxtlarda Naxçıvan Sənaye Parkında infrastruktur işlərinin görülməsinə başlanılacaq – İZİA rəsmisi

İqtisadiyyat

Bakı. Trend:

Yaxın vaxtlarda Naxçıvan Sənaye Parkında infrastruktur işlərinin
görülməsinə başlanılacaq.

Bu sözləri Trend-ə İqtisadiyyat Nazirliyi yanında İqtisadi
Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov
müsahibəsində bildirib.

O, yeni yaradılmış Naxçıvan Sənaye Parkı üzrə görüləcək işləri də
sadalayıb: “Dövlət başçısının 2024-cü il 5 dekabr tarixli Fərmanı
ilə Naxçıvanda 310 hektar ərazidə Sənaye Parkı yaradılıb. İlkin
mərhələdə Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri
müəyyənləşdirilib. Belə ki, Sənaye Parkında qida, kimya sənayesi,
tullantıların, qara və əlvan metal emalı, tikinti materiallarının,
maşın və avadanlıqların, bərpa olunan enerji, mebel, toxuculuq,
geyim-gön-dəri və qablaşdırma məhsullarının, kağız və kağız
məmulatlarının istehsalı nəzərdə tutulur”.




“Yaxın vaxtlarda sənaye Parkında infrastruktur işlərinin
görülməsinə başlanılacaq. Həmçinin sahibkarların müraciətlərinin
qəbulu həyata keçiriləcək. Naxçıvan Sənaye Parkının fəaliyyətə
başlaması bu bölgədə yaşayan əhalinin məşğulluq səviyyəsinin
yüksəlməsinə, məhsul çeşidlərimizin sayının artmasına, regionda
iqtisadi inkişafın sürətlənməsinə, ən əsası isə xammal
ehtiyatlarından səmərəli istifadə etməyə imkan verəcək”, – deyə
qurumun sözçüsü qeyd edib.