Beş min manatdan bahalı əməliyyatların 90%-dən çoxu özəl tibb müəssisələrində icra edilib – Palata

İqtisadiyyat

Bakı. Trend:

İcbari Tibbi Sığorta Fondunun maliyyələşdirdiyi cərrahiyə
əməliyyatlarının əsas hissəsi özəl tibb müəssisələrində icra
edilib.

Trend bu
barədə Hesablama Palatasının İcbari Tibbi Sığorta Fondunun
auditinin nəticələrinə dair məlumatına istinadən xəbər verir.




“TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin təminatının tam
həyata keçirilməsi, o cümlədən, dərman və tibbi sərfiyyatla təmin
edilməsi fonunda hər iki ildə cərrahiyə əməliyyatlarının, xüsusilə
dəyəri daha yüksək olan əməliyyatların əsas hissəsi, o cümlədən,
dəyəri 5000 manat və ondan artıq olan əməliyyatların 90,0%-dən çoxu
özəl tibb müəssisələrində icra edilib, – deyə məlumatda qeyd
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir