
Bakı. Trend:
2025-ci ilin ilk yarımilinin nəticələrinə əsasən 24.4
milyard AZN-dən artıq dövriyyə həcmi ilə kapital
bazarlarındakı lider mövqeyini bir daha təsdiqləyən PAŞA
Kapital, ölkənin aparıcı və etibarlı maliyyə qurumlarından
biri olan PAŞA Bank-ın 40 milyon
AZN həcmində istiqrazlarına abunə yazılışına start
verir.
18 ildən artıqdır ki, ölkənin aparıcı kommersiya
banklarından biri olmaqla yanaşı, korporativ maliyyə sahəsində
etibarlı tərəfdaş kimi tanınan PAŞA Bank ilk dəfə olaraq istiqraz
emissiyasını geniş ictimaiyyət üçün açıq elan edir.
Kapital bazarının inkişafında növbəti vacib mərhələ kimi
dəyərləndirilən bu emissiya, həm yeni investorların cəlb edilməsi,
həm də maliyyə alətlərinin çeşidinin artırılması baxımından xüsusi
əhəmiyyət kəsb edir.
Həm fərdi, həm də hüquqi
investorlar üçün sabit və yüksək gəlirli
investisiya fürsəti yaradan, həmçinin
istənilən vaxt alqı-satqı imkanı təqdim edən, bu
istiqrazların əsas xüsusiyyətləri:
- Nominal dəyər: 1.000 AZN
(Minimum sifariş məbləği – 10. 000 AZN); - Gəlirlilik faizi: İllik 10.5%-dək;
- Ödəniş müddəti: Rüblük
- Tədavül müddəti: 12 ay
- Növü: Sənədsiz, adlı, faizli, təmin
edilməmiş
İstiqrazları əldə etmək istəyən şəxslər 12 avqust 2025-ci il
tarixinədək PAŞA Kapital-ın onlayn müraciət platforması – https://www.pashacapital.az/trading/pashabank
vasitəsilə abunə yazılışında iştirak edə bilərlər.
Qeyd edək ki, PAŞA Bank istiqrazları rəqabətli yerləşdirmə üsulu
ilə təklif olunur. Tələb təklifi üstələdiyi halda, daha yüksək
qiymətlə daxil olmuş sifarişlərə üstünlük veriləcəkdir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri
haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya
və ya https://www.pashacapital.az/
saytına daxil ola bilərsiniz.