
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında güzəştli ipoteka kreditlərinə
şamil edilməyən və güzəştli kateqoriyaya daxil olmayan vətəndaşlar
üçün nəzərdə tutulmuş adi ipoteka kreditləri hazırda yalnız
Naxçıvan İpoteka Fondu ASC-nin yığımı hesabına
maliyyələşdirilir.
Trend bu
barədə Hesablama Palatasının “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar
Cəmiyyətində keçirilmiş auditin nəticələrinə dair məlumata
istinadən xəbər verir.
Qeyd edilib ki, bu istiqamət üzrə illik maliyyələşmənin həcmi
cəmi orta hesabla 1 000 000 (bir milyon) manat təşkil edir. Bu
vəsaitlə orta hesabla 7 vətəndaş ipoteka kreditindən yararlana
bilir.
Mövcud vəziyyət əhalinin mənzilə olan yüksək tələbatı fonunda
kifayət qədər məhdud imkan yaradır və yalnız çox az bir hissəni
əhatə edir.