Azərbaycanın avtobus sifarişləri artır: prioritet ölkələr hansılardır? (SİYAHI)

İqtisadiyyat

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında Azərbaycana xaricdən 125 ədəd
avtobus (sıxılmaqdan alışan daxili yanma mühərrikləri (dizel və ya
yarımdizel) ilə) gətirilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda avtobusların idxalının dəyəri 8,3 milyon
ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə, miqdar ifadəsi
ilə 27 ədəd və ya 27,5%, dəyər ifadəsi ilə isə 2,3 milyon ABŞ
dolları və ya 38,9% çoxdur.




Hesabat dövründə ölkəyə idxal edilən bir ədəd avtobusun orta
qiyməti 66,3 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycanın avtobus idxal etdiyi ölkələrin
siyahısı:

Ölkələr

Miqdar (Ədəd)

Məbləğ (Min ABŞ dolları)

Rusiya

8

164,59

Çin

35

2028,62

Koreya Respublikası

50

2570,95

Türkiyə

15

1350,09

Yaponiya

3

201,15

Almaniya

9

1696,81

İtaliya

5

278,85

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən
Bakıda avtobus parkının yenilənməsi mərhələli qaydada həyata
keçirilir. Məlumata görə, hazırda paytaxtda müntəzəm marşrut
xətlərində rekord sayda – 2200-dən çox avtobus istifadə olunur.
Cari ilin avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcılar
tərəfindən daha 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin
istifadəsinə veriləcəyi gözlənilir.