Birinci yarımildə Maliyyə Nazirliyi 27 vəzifəli şəxsi cərimələyib

İqtisadiyyat

Bakı. Trend:

Cari ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Dövlət
Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan
77 təşkilatda, əsasən son 3 ili əhatə edən dövr üzrə nəzarət
tədbirləri həyata keçirilib.

Trend bu barədə Nazirliyə istinadən xəbər
verir.




Məlumata görə, yoxlamalar zamanı, hüquqi qiymət verilməsi üçün
prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilmiş nəzarət
obyektləri istisna olunmaqla digər nəzarət obyektlərində nöqsanlara
yol verən vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə əsasən
inzibati xətalar törətdiklərinə görə 27 vəzifəli şəxsə cərimələr
tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi
təmin olunub.

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aşkar edilmiş
nöqsanların aradan qaldırılması, gələcəkdə təkrar olunmasının
qarşısının alınması və nöqsanlara yol vermiş vəzifəli şəxslər
barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi məqsədilə
aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq
məktublar göndərilib.

Spread the love