
Bakı. Trend:
Azərbaycan və Özbəkistan mərkəzi bankları arasında maliyyə
hesabatlılığı, mühasibat uçotu, eləcə də, digər məsələlər müzakirə
edilib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər
verir.
Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti
işgüzar səfər çərçivəsində Özbəkistan Mərkəzi Bankında olub.
Səfər zamanı keçirilən görüşlərdə tərəflər arasında maliyyə
hesabatlılığı, mühasibat uçotu, büdcə planlaşdırılması və idarə
olunması mövzuları üzrə interaktiv təqdimatlar ətrafında məlumat
mübadiləsi aparılıb.
Görüşlərdə, həmçinin, maliyyə hesabatlılığı üzrə beynəlxalq
təcrübələr, çağırışlar və ikitərəfli maraq doğuran digər məsələlər
müzakirə olunub.