
Bakı. Trend:
Bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəf Yaponiya-Azərbaycan
İqtisadi Komitəsinin sədri və “ITOCHU” Korporasiyasının baş
əməliyyat direktoru Tetsuya Yamada ilə görüşüb.
Trend xəbər
verir ki, bu barədə SOCAR mıəlumat yayıb.
Bildirilib ki, görüşdə SOCAR ilə “ITOCHU” Korporasiyası arasında
ötən illər ərzində səmərəli əlaqələrin qurulduğu vurğulanıb, bu
xüsusda, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və
qlobal əhəmiyyətli enerji layihələrində, neft-kimya sahəsində
uğurlu tərəfdaşlıq məmnunluqla qeyd olunub.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Yaponiya arasında
iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasına
hazırlıq məsələləri müzakirə edilib, enerji sektorunun müxtəlif
istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, o cümlədən, neft
yataqlarının kəşfiyyatı və işlənməsi, bərpaolunan enerji
layihələri, qabaqcıl texnoloji yeniliklərin sənayedə tətbiqi və
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.