
Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında “SOCAR-DALĞIC” Məhdud
Məsuliyyətli Cəmiyyətinin (MMC) ixrac gəlirləri 1,9 milyon ABŞ
dolları olub.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul sayına
istinadən xəbər verir.
Ötən ilin eyni dövründə sözügedən şirkətin ixracdan əldə etdiyi
gəlirləri 0 olaraq göstərilib.
“SOCAR-DALĞIC” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 100 min manat olan MMC-nin qanuni təmsilçisi
Rəhmətulin Rüstəm Ramizoviçdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun ayları üzrə qeyri-neft
sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus
olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi
Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda
aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC,
“AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye
Kompleksi” MMC, “SOCAR-DALĞIC” MMC, “AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC, “İstisu” mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan
MR Dövlət Energetika Xidməti.