
Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 92,4 milyon ABŞ
dolları dəyərində karbamid ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul sayına
istinadən xəbər verir.
Məlumata görə, karbamid ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə 39,8 milyon ABŞ dolları və ya 75,7% artıb.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan 52,6 milyon
ABŞ dolları dəyərində karbamid ixrac edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.