Azərbaycanda qaz istehlakı artıb

İqtisadiyyat

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 2.418 milyard
kubmetr təbi qaz istehlak edilib.

Trend bu
barədə SOCAR-dan məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
137 milyard kubmetr və ya 6% çoxdur.




Belə ki, 2024-cü ilin birinci yarısında Azərbaycanda 2.281
milyard kubmetr təbi qaz istehlak edilmişdi.

Qeyd edək ki, hesabat dövründə SOCAR-ın müstəqil şəkildə və ya
əsas payçı qismində istismar etdiyi yataqlardan 2 milyard kubmetr
qaz hasil olunub. Şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq
dövrü ilə müqayisədə 8,5% artıb. Ölkə üzrə qaz hasilatı isə 2024-cü
ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,4% artaraq, 12,7
milyard kubmetr təşkil edib.

Spread the love