Mərkəzi Bank iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Mpay” QSC və “PulPal”
MMC elektron pul təşkilatlarına təshih tədbirləri tətbiq
edilib.

Trend bu
barədə AMB-yə istinadən xəbər verir.




“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hər iki
şirkətdə həyata keçirilən planlı yoxlama çərçivəsində aşkar edilmiş
aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin
pozulması halları ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında”
Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş
xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan
Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən cinayət yolu ilə
əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun
maliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili və
daxili nəzarət sistemlərinin gücləndirilməsi sahələrində
çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi
göstərişlər verilib”, – deyə məlumatda vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir