Birinci yarımildə Azərbaycan 27 milyon dollarlıq kartof ixrac edib

İqtisadiyyat

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 27,5 milyon ABŞ
dolları dəyərində kartof ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul sayına
istinadən xəbər verir.

Məlumata görə, kartofun ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə 7 milyon ABŞ dolları və ya 34,1% artıb.




Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan 20,5 milyon
ABŞ dolları dəyərində kartof ixrac edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Spread the love