
Bakı. Trend:
Azərbaycan və Koreya Respublikası arasında süni intellekt,
kibertəhlükəsizlik, rəqəmsallaşma sahələrində əməkdaşlığın
genişləndirilməsi imkanları müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə rəqəmsal
inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkə
hesabında paylaşım edib.
“Koreya Respublikasının ölkəmizdəki səfiri Kang Kymgu ilə
görüşdük. Görüşdə Azərbaycan Respublikası Hökuməti və Koreya
Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə
Komissiyanın fəaliyyəti və növbəti iclasın keçirilməsi haqqında
müzakirələr apardıq.
Süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahələrində
əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında birbaşa
uçuşların təşkili, həmçinin, Koreya şirkətlərinin Azərbaycanda
aktiv iştirak imkanları barədə fikir mübadiləsi apardıq”, – deyə
paylaşımda qeyd edilib.