
Bakı. Trend:
Azərbaycanda yüksək gərginlikli elektrik ötürücü xətlərin altına
düşən torpaq sahələrinin dəyərləndirilməsi işlərinə start
verilir.
Trend xəbər verir
ki, həmin torpaq sahələrinin dəyərləndirilməsi ilə yanaşı,
mütəxəssis rəyinin və AZURE layihəsi üçün müəyyən hesabatların
hazırlanması işləri də həyata keçiriləcək.
Məlumata əsasən, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC)
bununla bağlı müvafiq işlərə yekun vurub.
Belə ki, ASC sözügedən işlərin icrasını “Real Prays” Məhdud
Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə
bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 359,9 min manat ödənilib.
Sözügedən işlərin həvalə olunduğu “Real Prays” MMC 2007-ci ildə
dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan
MMC-nin qanuni təmsilçisi Nəsirov Ehtibar Haxverdi oğludur.
Əlavə edək ki, cari ilin martında mediada yüksək gərginlikli
elektrikötürücü xətlərin altına düşən torpaq sahələrinin
dəyərləndiriləcəyi ilə bağlı ilkin məlumatlara rast gəlinirdi.