Azərbaycanın dövlət borcunun yeni tərkibi açıqlanıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu
(daxili və xarici dövlət borcu) 25.7 milyard manat və ya 2025-ci il
üzrə 130.6 milyard manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili
Məhsulun (ÜDM) 19,6 faizini təşkil edib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.




Məlumata görə, ümumi dövlət borcunun 8.5 milyard manatı (5.01
miolyard ABŞ dolları) və ya 33,2 faizi xarici dövlət borcunun, 17.2
milyard manatı və ya 66,8 faizi daxili dövlət borcunun payına
düşür.

“2025-ci il 01 iyul tarixinə Strategiyada nəzərdə tutulan faiz
dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən
faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi
üzrə yuxarı hədd gözlənilmişdir. Dəyişkən faiz dərəcəsi ilə olan
öhdəliklər ümumi borc portfelinin 16,4 faizini təşkil etmişdir”, –
məlumatda vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir