Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi müəyyənləşib

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin 1 iyul tarixinə Azərbaycanın daxili dövlət borcu 17.2
milyard manat və ya 2025-ci il üzrə 130.7 milyard manat məbləğində
proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil edib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, daxili dövlət borcu 2025-ci ilin əvvəli ilə
müqayisədə 1.5 milyard manat və ya 7,9 faiz azalıb.




Qeyd edilib ki, 2025-ci ilin 1 iyul tarixinə daxili dövlət
borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 1,7 faiz
bəndi azalıb.

“1 iyul 2025-ci il tarixinə daxili dövlət borcunun 8.026,8
milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9.150,6
milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli
öhdəliklərinin payına düşür”, – deyə məlumatda vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir