Növbəti depozit hərracı keçirilib

İqtisadiyyat

Bakı. Trend:

Avqustun 1-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi
tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə
olunması məqsədilə xəzinə hesabının milli valyutada olan
vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti
depozit hərracı təşkil edilib.

Trend xəbər
verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.




Bildirilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının
450 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin
məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim
edən üç bankında 28 gün müddətinə, 7.00% orta çəkili faiz dərəcəsi
ilə depozitə yerləşdirilib.

Spread the love