
Kilis. Trend:
Azərbaycan qazının məmləkətimiz üzərindən Suriyaya ixracı qardaş
ölkə ilə enerji bağımızı daha da gücləndirəcək.
Bu sözləri Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış
mərasimində Trend-ə açıqlamasında Türkiyənin hakim Ədalət və
İnkişaf Partiyasının Elbeyli rayon üzrə təşkilatının sədri
Nəcməttin Dönməz deyib.
O, tarixi bir hadisənin iştirakçısı olmaqdan qürur duyduğunu
bildirib:
“Belə bir mühüm tədbirdə iştirakdan qürur duyuram. Azərbaycan
qazının məmləkətimiz üzərindən Suriyaya ixracı çox mühüm bir
addımdır. Bu qardaş ölkə ilə enerji bağımızı daha da
gücləndirəcək”.
“Ümid edirəm ki, Suriyanın bərpasında, enerji təhlükəsizliyinin
artırılmasında Azərbaycan bundan sonra da öz təşəbbüslərini davam
etdirəcək”, – deyə N.Dönməz qeyd edib.