Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümunəsidir – Nazir

İqtisadiyyat

Kilis. Trend:

Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın
nümunəsidir.

Trend-in
Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycanın
iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə-Suriya təbii qaz boru
kəmərinin açılış mərasimində deyib.

“Suriya bu gün bərpa, normallaşma prosesini, insanların
həyatının normallaşması və inkişaf prosesinə qədəm qoyur. Biz çox
məmnunuq ki, qardaş ölkə Türkiyə, eləcə də, Suriya ilə birgə
çalışaraq bu işə töhfə verə bilirik.




Belə ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya qaz
ixracı ilə bağlı işlərə bu gün start verilir. Bu hadisənin
reallaşması Azərbaycan,Türkiyə, Qətər veə Suriya Ddövlət
rəhbərlərinin siyasi iradəsi və iqtisadi bağların dərinləşməsi
səyindən irəli gəlir. Layihənin icrasi Türkiyənin dəstəyi olmadan
icra edilə bilməzdi.

Bu təchizatın Suriyada iqtisadiyyatın və əhalinin həyat
şəraitinin yaxşılaşacağına mühüm töhfə verəcəyinə inanırıq. Bugünkü
mərasim gələcək mərhələdə bölgədə firavanlıq və barışın əldə
edilməsində mühüm layihədir”, – o qeyd edib.