Alparslan Bayraktardan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

İqtisadiyyat

Kilis. Trend:

Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji
qaynaqlarının və digər logistik həllərin Türkiyəyə çatdırılacağına
ümid edirik.

Trend-in
Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə
Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan
Bayraktar Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi
çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycandakı təbii sərvətlərin – neft, qaz,
bununla yanaşı, elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı
bütün layihələr birlikdə aparılır:




“Bu istiqamətdə mühüm irəliləyişlər var. Bugünədək həyata
keçirilən layihələrə misal olaraq Bakı-Tibilisi-Ceyhan,
Bakı-Tibilisi-Ərzurum kəmərləri, eləcə də, Naxçıvan-Türkiyə
elektrik interkonnektorunu qeyd edə bilərəm”.

“Hazırda Azərbaycandan Türkiyəyə elektrik enerjisi Gürcüstan
üzərindən ixrac edilir. Amma yaxın zamanda Zəngəzur dəhlizi
üzərindən bütün bu enerji qaynaqları və digər logistik həllər
Türkiyəyə çatdırılar. Eyni zamanda, Orta Asiyadakı digər enerji
mənbələri və digər logistik məsələlər Azərbaycan üzərindən
Türkiyəyə, Türkiyə üzərindən isə Avropaya çatdırılacaq”, – deyə
nazir vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir