Azərbaycanla tərəfdaşlığın daha da genişləndirilməsini istərdik – Qətər İnkişaf Fondunun rəhbəri

İqtisadiyyat

Kilis. Trend:

Azərbaycanla tərəfdaşlığın daha da genişləndirilməsini
istərdik.

Bu sözləri Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti
Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi
çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, bu gün Azərbaycan və Türkiyə ilə olan bu
tərəfdaşlıqdan çox qürur duyur:

“Bildiyiniz kimi, bu gün – 2 avqust tarixində Suriyaya ilk qaz
tədarükünə başladıq. Bu, üç ölkənin birgə əməkdaşlığının möhtəşəm
bir nəticəsidir.




Ümid edirik ki, bu gün təmin etdiyimiz 800 meqavatt gücü ilə 5
milyon abunəçi elektrik alacaq. Suriyada elektrik enerjisi
sisteminin davamlı şəkildə bərpası üçün bu, çox əhəmiyyətli
addımdır. Gücün 40% artırılması ilə bunun davamlı və səmərəli
olacağına inanırıq. Biz Suriyaya dəstəyimizi davam etdirəcəyik.
Suriyanın dayanıqlılığı bizim üçün önəmlidir. Bu səbəbdən bu
ölkələr bu uğur üçün çox çalışıblar”.

Fond rəhbəri Azərbaycanın bu prosesdəki rolunu olduqca yüksək
qiymətləndirdiyini vurğulayıb:

“Biz Azərbaycanla əməkdaşlıq çərçivəsində işləyirik. Qaz
təchizatı məhz Azərbaycandan başlayır və Qətər də bu prosesdə
Suriyaya dəstək verir”.

“Əsas gözləntimiz bu tərəfdaşlığın Azərbaycanla daha da
genişlənməsidir. Birlikdə daha yeni layihələr üzrə işləməyi
səbirsizliklə gözləyirik”, – deyə Fəhad Həməd Əl-Sulaiti qeyd
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir