
Bakı. Trend:
Cari ilin avqusutun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB)
valyuta ehtiyatları 11,191 milyard ABŞ dolları təşkil edib.
Trend AMB-yə
istinadən xəbər verir ki, bu, cari ilin iyulun 1-i ilə müqayisədə
37,3 milyon ABŞ dolları və ya 0,3% çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 202,7 milyon
ABŞ dolları və ya 1,8% artıb, son 1 ildə isə 574,5 milyon ABŞ
dolları və ya 4,9% azalıb.

