Bu ilin II rübündə gəmilər və sahil obyektləri üzrə təhvil verilmiş tullantıların həcmi açıqlanıb (FOTO)

İqtisadiyyat

Bakı.Trend:

2025-ci ilin aprel-iyun aylarının nəticələrinə görə, ASCO
gəmilərindən 44 m³ plastmas, 213.8 m³ qida qalığı, 287.3 m³ məişət
tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 20.7 m³ istismar
tullantısı, 97.2 m³ neft qalığı-şlam, 1632.89 m³ döşəməaltı lyal
su, 48528 m³ məişət təsərrüfat çirkab su texniki resurslara malik
müvafiq sertifikasiyalı qurumlara təhvil verilməklə, ərazilərdən
kənarlaşdırılıb.

Trend xəbər
verir ki, bu barədə ASCO məlumat yayıb.




Bildirilib ki, bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 7.58 ton
yanmış qəlib qumu, 777.4 ton abraziv (gəmi gövdəsindən çıxan
pas-boya-çınqıl-qum qarışığı), 41895 ton məişət çirkab suyu, 771.9
ton neftli döşəməaltı-lyal su, 108.2 ton sürtgü yağı, 2234.68 m³
məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal və s),
360.64 m³ qida qalığı, 148.5 m³ polimer əsaslı və plastmas
tullantı, 24.85 m³ yağlı və neftli tullantı, 81.38 m³ rezin
tullantı, 132.3 m³ istismar tullantı, 0.006 m³ tibbi tullantı
aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilən dövrdə ümumilikdə 0.43 ton kağız, 0.52 ton plastmas,
14.9 ton qara metal və 5.4 ton əlvan metal təkrar emala
göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir