Türkiyə şirkəti Azərbaycanın azad edilmiş bu kəndlərinin tikintisinə müəllif nəzarəti xidməti göstərəcək

İqtisadiyyat

Bakı. Trend:

Xocavənd rayonunun Hadrut və Tuğ kəndi yaşayış məntəqəsinin
tikintisinə müəllif nəzarəti xidməti aparılacaq.

Trend-in
məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun
vurub.

Belə ki, qurum sözügedən işlərin icrasını Türkiyənin “Rem
Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri
Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına həvalə
edib və müqavilə bağlayıb.




Müqaviləyə əsasən, şirkətə 82 175 manat ödənilib.

Hadrut və Tuğ kəndlərinin tikintisinə müəllif nəzarəti xidmətini
göstərəcək sözügedən 2020-ci ildə Azərbaycanda dövlət qeydiyyatına
alınıb. Şirkətin Azərbaycan filialının qanuni təmsilçisi Turan
Ahmet Hakan adlı şəxdir.

Qeyd edək ki, Hadrut və Tuğ kəndləri Ermənistan Silahlı
Qüvvələri tərəfindən 30 ildən artıq müddətdə işğal altında qalıb.
2020-ci ildə Vətən müharibəsi zamanı sözügedən kəndlər Azərbaycan
Ordusu tərəfindən işğaldan azad edilib.