
Bakı. Trend:
Bu ilin iyul ayında “Android” əməliyyat sisteminin Azərbaycan
bazarında payı əvvəlki ayla müqayisədə 13,07 faiz bəndi azalaraq
57,92 faiz təşkil edib.
Bu barədə Trend “Global Stats” Statistika Mərkəzindən məlumat
əldə edib.
Məlumata əsasən, Azərbaycanın əməliyyat sistemi bazarında ikinci
yeri “Microsoft Windows” proqram məhsulları tutur.
Belə ki, cari ilin iyun ayı ilə müqayisədə iyulda “Microsoft
Windows” əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 6,1
faiz bəndi artaraq 18,33 faizə bərabər olub.
Üçüncü mövqedə 13,55 faiz bazar payı ilə iOS əməliyyat sistemi
qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari ilin
iyun ayı ilə müqayisədə iyulda ayında 3,89 faiz bəndi artıb.
Hesabat dövründə digər əməliyyat sistemləri üzrə olan pay
bölgüsü: “OS X” – 1,61 faiz, “Linux” – 1,27 faiz, naməlum əməliyyat
sistemləri – 2,69 faiz, “Samsung” – 0,27 faiz, “Chrome O” – 0,01
faiz, “macOS” – 2,54 faiz, digərləri – 0,03 faiz.

