Ordubadda yolların əsaslı təmirinə 5,2 milyon manat ayrıldı

İqtisadiyyat

Bakı. Trend:

Naxçıvcan Muxtar Respublikasının Ordubad rayonunda bir sıra
yollarda əsaslı təmir işləri aparılacaq.

Trend-in
məlumatına görə, rayonun Anabad və Gənzə, Kələntərdizə və Qoşadizə,
eləcə də, Aza Darkənd kənddaxili avtomobil yolları əsaslı təmir
olunacaq.

Belə ki, Ordubad Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı
müvafiq işlərə yekun vurub.




RİH sözügedən işlərin icrasını “Naxçıvan Yol Təmir Tikinti
İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və
müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 5 215 480 manat ödənilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir