
Bakı. Trend:
Zəngilan rayonunun Alıbəyli kəndində yağış və sel sularının
idarə olunması üzrə layihələndirmə işləri aparılacaq.
Trend-in
məlumatına görə, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işləri
yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “Geoproject” Məhdud
Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə
bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 164 492 manat ödənilib.
Qeyd edək ki, kənddə bəhs olunan işləri görəcək “Geoproject” MMC
2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100
manat olan MMC-nin qanuni təmsilçisi Əliyev İlkin Abbas
oğludur.