
Bakı. Trend:
Bu ilin iyunun ayının sonuna Azərbaycanda rezident maliyyə
institutlarının (həmçinin, statistik vahidin ödəniş kartları)
emissiya etdiyi lokal kartlar vasitəsilə əməliyyatların sayı 53,2
min ədəd, əməliyyatların həcmi isə 55,09 milyon manat olub.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bir il əvvəlki göstərici ilə müqayisədə lokal
kartlar ilə əməliyyatların sayı 251,5 milyon ədəd və ya 5,7 dəfə
azalıb, əməliyyatların həcmi isə 2,05 milyon manat, yaxud da 3,9%
artıb.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi
ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə,
ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli
banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata
keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs
olunur.